
Gürcüstan 26 sentyabrdan etibarən Rusiya vətəndaşı olan kişilərin ölkəyə girişini qadağan edir.
Bu barədə Gürcüstan parlamentinin deputatı Nona Mamulaşvili deyib.
O bildirib ki, Gürcüstana gələn Rusiya vətəndaşlarının sayı hələ də yüksək olaraq qalmaqdadır:
"Bazar ertəsindən etibarən Gürcüstan hökuməti Rusiya vətəndaşı olan 18-55 yaşlı kişilərin ölkəyə girişini qadağan edəcək”.