SON DƏQİQƏ
» » Rusiya vətəndaşlarına viza sistemi tətbiq edəcək?

Rusiya vətəndaşlarına viza sistemi tətbiq edəcək?

Tarix:

21-09-2022, 16:41

/ 1 681 dəfə oxundu.
Rusiya vətəndaşlarına viza sistemi tətbiq edəcək?

Gürcüstanda hakim "Gürcü Arzusu" Partiyasının sədri İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstan ərazisinə daxil olan Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi nəzərdən keçirilmir.

O, bu barədə junralistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hökumət imkan daxilində milli təhlükəsizliyin qayğısına qalır və bunu ictimaiyyət də görür.

"İki dəfə kampaniya başladıldı ki, guya rusiyalı turistlər ciddi təhlükə yaradacaq və hər iki dəfəsində də məlum oldu ki, bu kampaniya tamamilə əsassız, saxta və süni olub və siyasi məqsədlər güdür. Vəziyyət tam nəzarət altındadır. Bütün qurumlar bununla bağlı məsuliyyət daşıyır və bundan sonra da bu məsuliyyətlə fəaliyyət göstərəcəklər. Bu, bizim mövqeyimizdir. Ümumiyyətlə, təhdidlərə gəlincə, təbii ki, təhdidlər var və biz bu barədə aylardır danışırıq. Odur ki, bütün qurumları, o cümlədən radikal müxalifəti, aidiyyatı QHT-ləri müharibəyə yönəlik ritorikadan əl çəkməyə, təxribatlardan çəkinməyə çağırdıq, amma onlar öz ritorikası, təxribat xarakterli çıxışlarına davam etdilər və bu bizim üçün qəbuledilməzdir", - deyə İrakli Kobaxidze qeyd edib.

 

Hakim partiyanın sədri Rusiyada qismən səfərbərlik elan olunmasına da münasibət bildirib və buna görə hakimiyyətin daha ayıq və diqqətli olmasının altına xətt çəkib.

"İndi yeni səfərbərlik elan olunduğuna görə biz daha ayıq və diqqətli olmalıyıq ki, təhlükələr bizdən yan keçsin. Müharibə yarım ildən artıqdır davam edir və bizim dövlət qurumları təhlükəsizliyi təmin edir, təbii ki, bu isitqamətdə də davam edəcək”, - İrakli Kobaxdize vurğulayıb.

Məlumat üçün bildirək ki, Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik haqqında fərman imzalayıb. Bununla bağlı tədbirlər bu gündən başlayıb. Qərarda dövlət müdafiə sifarişinin icrası ilə bağlı əlavə tədbirlər nəzərdə tutulub. Putinin sərəncamına əsasən, hərbi xidmətə yalnız ehtiyatda olan və ilk növbədə silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisası və müvafiq təcrübəsi olan vətəndaşlar cəlb olunacaqlar

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ