SON DƏQİQƏ
» » Rusiya İrana missiya göndərəcək- Putin açıqladı

Rusiya İrana missiya göndərəcək- Putin açıqladı

Tarix:

16-09-2022, 08:27

/ 1 508 dəfə oxundu.
Rusiya İrana missiya göndərəcək- Putin açıqladı

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən sammiti çərçivəsində Rusiyanın gələn həftə İrana işgüzar missiya göndərəcəyini bildirib.

Onun sözlərinə görə, Hökumətlərarası Komissiya fəal işləyir.

"Gələn həftə Rusiyanın işgüzar dairələrindən ibarət nümayəndə heyətini sizə göndərəcəyik, ümumilikdə orada 80-ə yaxın Rusiya şirkəti iştirak edir”, - Putin iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə deyib.

 

Rusiya Prezidentinin elan etdiyi missiya ikinci belə səfər olacaq - Putin xatırladıb ki, rusiyalı iş adamlarından ibarət ilk nümayəndə heyəti 2022-ci ilin mayında İrana səfər edib, daha sonra isə Rusiya biznes ictimaiyyətinin nümayəndələri İran təcrübəsini müsbət qiymətləndiriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ