
Çinin Sıçuan əyalətinin Kandinq şəhərində 6,8 bal gücündə zəlzələ baş verib.
GunAz.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin yerin 16 kilometr dərinliyində baş verdiyi bildirilib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
***
Çinin Sıçuan vilayətində baş verən 6,8 bal gücündə zəlzələdə ölənlərin sayı 30-a çatıb.
Çinin Fövqəladə Halların İdarəedilməsi Nazirliyi ən yüksək səviyyədə fövqəladə hazırlıq elan edib.
Çin sədri Si Szinpin axtarış-xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.
Dağıntılar altında insanların qaldığı ehtimal olunur.
***
Sıçuan əyalətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 46-ya çatıb.
Təbii hadisə zamanı daha 16 nəfər itkin düşüb, 50-dən çox insan xəsarət alıb, su, elektrik, nəqliyyat və telekommunikasiya infrastrukturu zədələnib,
Çin sədri Si Szinpin təbii fəlakətdən zərər çəkənləri xilas etmək üçün bütün qüvvələri səfərbər etməyə çağırıb. İnsanların həyatının xilas edilməsinin və itkinin azaldılmasının prioritet vəzifə olduğunu vurğulayan Szinpin diqqətli olmağın vacibliyinə diqqət çəkib.
Zəlzələ bölgəsinə Ludin rayonundan 30 yanğınsöndürən və ətraf yaşayış məntəqələrindən 530 xilasedici cəlb edilib.