SON DƏQİQƏ
» » Lavrovla Mirzoyan sərhədlərin demarkasiyasını müzakirə etdilər

Lavrovla Mirzoyan sərhədlərin demarkasiyasını müzakirə etdilər

Tarix:

5-09-2022, 23:03

/ 1 475 dəfə oxundu.
Lavrovla Mirzoyan sərhədlərin demarkasiyasını müzakirə etdilər

Moskvada Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov arasında görüş baş tutub.

GunAz.az xəbər verir ki, həmsöhbətlər regional təhlükəsizlik və sabitliyin geniş spektrini müzakirə ediblər.

Ermənistan və Azərbaycan tərəfindən sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi, regionda iqtisadi və nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan münasibətlərinin həlli və Qarabağla bağlı məsələlərə toxunulub.

Mirzoyan və Lavrov Rusiya Federasiyası prezidentinin Ermənistana planlaşdırılan dövlət səfərinin və KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Yerevanda keçiriləcək iclasının təşkilinin gedişini müzakirə ediblər.


скачать dle 12.1

Şərhlər