
İran Ermənistanda avtomobil zavodu tikəcək.
Bunu İranın Ticarətin Təşviqi Təşkilatının (TPOI) rəhbəri Əlirza Payman-Pak deyib.
Ermənistan ölkədə İran avtomobil zavodu tikmək planlarını alqışlayır.
İran rəsmisi bazar ertəsi Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan ilə görüşüb.
Peyman-pak bildirib ki, İran Avrasiya İqtisadi Birliyinə (AİB) məhsul ixrac etmək məqsədi ilə Ermənistanda avtomobil istehsalı zavodu tikəcək. O, həmçinin bildirib ki, TPOI Ermənistanda avtomobil istehsalı xəttini işə salmağı təklif edib.
O, oktyabrın ortalarında İrandan yüksək səviyyəli ticarət-iqtisadi nümayəndə heyətinin İran ticarət mərkəzinin açılması üçün Ermənistana gedəcəyini qeyd edib.
Həmçinin, Ermənistanda avtomobil istehsalı zavodunun fəaliyyətə başlamasının ikitərəfli əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyinə ümid etdiyini bildirib.
Tərəflər həmçinin İrandan Ermənistana və Rusiyaya yüklərin tranziti ilə bağlı problemlərin həlli yollarını öyrəniblər.