SON DƏQİQƏ
» » Azərbaycan hərbiçisi qətlə yetirildi- Saxlanılan var

Azərbaycan hərbiçisi qətlə yetirildi- Saxlanılan var

Tarix:

18-08-2022, 20:08

/ 2 167 dəfə oxundu.
Azərbaycan hərbiçisi qətlə yetirildi- Saxlanılan var

Azərbaycan Ordusunun hərbçisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elmar Elçin oğlu Mirzoevin odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bəhruz Sübhan oğlu Rzayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ