SON DƏQİQƏ

Sabah hava necə olacaq?

Tarix:

18-08-2022, 13:22

/ 2 276 dəfə oxundu.
Sabah hava necə olacaq?

Avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 25-30 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə mülayim cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturuna gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ