SON DƏQİQƏ

Kökdən düşməyən SAZ

Tarix:

9-08-2022, 08:30

/ 5 294 dəfə oxundu.
Kökdən düşməyən SAZ

"Köklə sazı 2" aşıq müsabiqəsinin qalibi və aşıq sənətinin nadir qadın sənətkarlarından olan aşıq Aytac Bərdəli görüşümüz zamanı maraqlı faktlara toxundu. 

Əsl adı Aytac Cümşüdova olan gənc aşıq ilə söhbətimiz zamanı ona bu sənətə marağının hardan yarandığını soruşduqda cavabı qürur verici oldu. O, əsas məqsədinin milli musiqi adət ənənəmizi və saz sənətini yaşatmaq, milli dəyərlərimizin qorunub saxlanılmasına xidmət etmək üçün bu sənəti sevdiyini və seçdiyini bildirdi. Saz sənətinə 11 yaşından başladığını deyən Aytac Bərdəli xatırladaq ki, "Köklə sazı" yarışmasında finala çıxaraq səs vermədə digər üç rəqibini açıq ara geridə qoyaraq 67% səslə yarışmanın qalibi olmuşdur. Bundan əlavə bir çox uğurlara imza atan Aytac xanıma bizdə uğurlarının dahada bol olmasını və hər zaman zirvələrdə olmasını arzu edirik.

Vəli Ədiboğlu

Kökdən düşməyən SAZ

 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ