SON DƏQİQƏ
» » MN-dən mina partlayışı ilə bağlı RƏSMİ MƏLUMAT

MN-dən mina partlayışı ilə bağlı RƏSMİ MƏLUMAT

Tarix:

26-07-2022, 20:33

/ 1 212 dəfə oxundu.
MN-dən mina partlayışı ilə bağlı RƏSMİ MƏLUMAT

Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib. Bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları tirajlamamağa çağırırıq", - məlumatda deyilir.

скачать dle 12.1

Şərhlər