SON DƏQİQƏ

Rəfiyevlə bağlı araşdırma başladı

Tarix:

21-07-2022, 14:52

/ 1 176 dəfə oxundu.
Rəfiyevlə bağlı araşdırma başladı

Mədəniyyət Nazirliyi Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyevlə bağlı araşdırmalara başlayıb.

Bu barədə Report-a nazirlikdən bildirilib.

Qeyd olunub ki, E.Rəfiyevin dövlətə 150 min manatdan çox vergi borcunun olması və bu səbəbdən ölkədən çıxışına qadağa qoyulması məsələsi araşdırılır.

Xatırladaq ki, teatrın direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə məhkəmə qərar çıxarıb. Səbəb isə teatrın dövlətə 150 min manatdan çox vergi borcunun olması göstərilib.

скачать dle 12.1

Şərhlər