
Məni uzun vaxtlar bir məsələ çox narahat edirdi. Gözümüzün qabağında Xəzər dənizi dayazlaşır, onun təbii və bioresursları tükənirdi. Vaxtilə dünyalarca məşhur olan Xəzərin ikrası, nərə və asetrin balığının kökü kəsilməkdə idi.
Çox şad oldum ki, 2022-ci il iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı dövlətlərin VI sammitində Azərbaycan prezidenti cənab İlham Əliyev bu məsələyə xüsusi toxundu.
Ekoloji məsələlərə toxunan prezident orada çıxış edərək bildirib ki, biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Olkə başçısı Azərbaycanın Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyətin davam etdiyini, bu ilin sonunda Bakıda "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulduğunu, bu gün, yəni sammit keçirilən gün) məhdud tərkibdə görüşdə dövlət başçılarının xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarla fikir mübadiləsi aparıldığını, bu dayazlaşmanın uzun illər boyu müşahidə edildiyini, təəssüf ki, dayazlaşma dinamikasının narahatlıq doğurduğunu, yəqin ki, nümayəndə heyətlərinin belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklərini və s. digər məsələləri öz həmkarlarının müzakirəsinə təqdim etdi.
Beləliklə, Azərbaycan prezidentinin dərin məzmunlu çıxış edərək sammitin gündəliyinə Xəzər Dənizinin dayazlaşması məsələsini qabartması məni çox sevindirdi.
Nizami Əkbərov-YAP Qaradağ rayon təşkilatının veteranı
































