SON DƏQİQƏ
» » Azərbaycan Qoşulmama hərəkatına rəhbərliyi tam məsuliyyətlə yerinə yetirir

Azərbaycan Qoşulmama hərəkatına rəhbərliyi tam məsuliyyətlə yerinə yetirir

Tarix:

2-07-2022, 13:42

/ 1 637 dəfə oxundu.
Azərbaycan Qoşulmama hərəkatına rəhbərliyi tam məsuliyyətlə yerinə yetirir

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu gün beynəlxalq aləmdə sahib olduğu mövqelər ölkəmizin qlobal proseslərə müdaxilə imkanlarını artırıb və Azərbaycan bu imkanlardan öz gücünü və nüfuzunu daha da artırmaq məqsədilə məharətlə istifadə edir. Həqiqətən də bu gün artıq bütün dünyada beynəlxalq hüququn ciddi böhran yaşaması, getdikcə məhz güc amilinin daha qabarıq formada önə çıxması açıq-aydın müşahidə olunmaqdadır. Belə bir şəraitdə dünyanın yenidən nüfuz dairələrinə bölünməsi ehtimalı da getdikcə daha konkret cizgilər alır.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu təsisatın nüfuzunun möhkəmlənməsi, institusionallaşdırma yolu ilə getməsi addımlar atır. Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsinə yönəlib. Bu, Hərəkat çərçivəsində parlament diplomatiyasının daha da inkişafını təmin edəcək. Azərbaycanda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı isə göstərdi ki, Azərbaycan tərəfinin təşəbbüsləri yalnız qərarlarla ifadə olunmur, biz həm də məsuliyyətli təşəbbüslərimizin icrasını təmin edirik.  Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi, həmçinin nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədrinin yer alması konfransın mötəbərliyinin və əhəmiyyətinin göstəricisidir. 

Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan da ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcək. Bu mənada Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan sədr kimi üzv dövlətləri bu istiqamətdə səyləri birləşdirməyə çağırır.

Zülfüqar Cəfərov-YAP Sabunçu rayon təşkilatının sədr müavin
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ