SON DƏQİQƏ

Bakıda azadlığın simvolu sökülür?

Tarix:

10-06-2022, 18:33

/ 1 434 dəfə oxundu.
Bakıda azadlığın simvolu sökülür?

Yasamal rayonu, metronun "Nizami” metro stansiyası yaxınlığında yerləşən "Azad qadın” heykəlinin ətrafında təmir-bərpa işləri aparılır.

Artıq bir müddətdir ki, heykəlin ətrafı hasara alınıb, söküntü işlərinə başlanılıb. Belə bir fikir yaranmışdı ki, heykəli sökürlər. 

"Azad qadın” heykəlinin ətrafındakı mərmər daşların bərpa edilərək pandus düzəldilməsi planlaşdırılır.

Abidə heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən hazırlanıb. 1960-cı ildə paytaxtın Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılmış monumental heykəldir. 

Heykəl Cəfər Cabbarlının "Sevil” pyesindən ilhamlanaraq hazırlanıb.

Çadradan azad olma, Azərbaycan qadınının tənqid və sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai həyatında iştirak, təhsil alma və işləmə hüququnu ifadə edir.

Abidənin daşıdığı ideyadan bəhs edərkən Fuad Əbdürrəhmanov deyir:

"Azərbaycan qadınının azadlığı ideyası məni çoxdan özünə cəlb edirdi. Heykəl üzərində işə başlayarkən nədənsə kölgələrə ilişmiş qartal təsəvvür eləyirdim. O çabalayır və nəhayət ki, azadlığa çıxır. Bir saniyə də keçir və o, yüksələrək günəşli səmaya can atırYasamal rayonu, metronun "Nizami” metro stansiyası yaxınlığında yerləşən "Azad qadın” heykəlinin ətrafında təmir-bərpa işləri aparılır.

Artıq bir müddətdir ki, heykəlin ətrafı hasara alınıb, söküntü işlərinə başlanılıb. Belə bir fikir yaranmışdı ki, heykəli sökürlər. 

"Azad qadın” heykəlinin ətrafındakı mərmər daşların bərpa edilərək pandus düzəldilməsi planlaşdırılır.

Abidə heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən hazırlanıb. 1960-cı ildə paytaxtın Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılmış monumental heykəldir. 

Heykəl Cəfər Cabbarlının "Sevil” pyesindən ilhamlanaraq hazırlanıb.

Çadradan azad olma, Azərbaycan qadınının tənqid və sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai həyatında iştirak, təhsil alma və işləmə hüququnu ifadə edir.

Abidənin daşıdığı ideyadan bəhs edərkən Fuad Əbdürrəhmanov deyir:

"Azərbaycan qadınının azadlığı ideyası məni çoxdan özünə cəlb edirdi. Heykəl üzərində işə başlayarkən nədənsə kölgələrə ilişmiş qartal təsəvvür eləyirdim. O çabalayır və nəhayət ki, azadlığa çıxır. Bir saniyə də keçir və o, yüksələrək günəşli səmaya can atır”.oxu.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ