SON DƏQİQƏ

Bu siqaretlərin qiyməti yenidən bahalaşdı

Tarix:

10-06-2022, 16:56

/ 1 403 dəfə oxundu.
Bu siqaretlərin qiyməti yenidən bahalaşdı

Dükan və marketlərdə "Sobranie” siqaretlərində süni qiymət artımları var.

"Sobranie” siqaretlərinin satışı bir müddət öncə bərpa edilib.

Belə ki, Ukraynadakı müharibə ilə əlaqədar tütün məmulatlarının tədarük zəncirində qırılma baş verdiyi üçün müəyyən çətinliklər yaşansa da, hazırda problemin aradan qaldırıldığı hiss edilir. Digər mənbədən tədarük isə tütün məmulatlarının qiymətinə təsir edib, hazırda siqaretlər 10 qəpik bahalaşıb. Bu sıraya "Sobranie” də daxildir və onun satışı 4,1 manata qalxıb.

Lakin hazırda böyük marketlərdə yenidən bu siqaretlərin çatışmazlığı müşahidə edilir. Bu isə bəzi kiçik dükan və köşklərə qiymət manipulyasiyasına imkan tanıyıb. Bu gün bu satış məntəqələrində "Sobranie” yenidən 4,5-5 manata təklif edilir

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ