SON DƏQİQƏ
» » Baş Prokurorluqdan ƏMƏLİYYAT: Vəzifəli şəxslər SAXLANILDI

Baş Prokurorluqdan ƏMƏLİYYAT: Vəzifəli şəxslər SAXLANILDI

Tarix:

7-06-2022, 21:44

/ 1 332 dəfə oxundu.
Baş Prokurorluqdan ƏMƏLİYYAT: Vəzifəli şəxslər SAXLANILDI

Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi Şirvan şəhərində əməliyyat keçirib.

GunAz.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat nəticəsində Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov və digər idarə əməkdaşları saxlanılıb.

 

Məlumata görə Şirvan Bələdiyyə və Əmlak idarələri əməkdaşları arasında da saxlanılanlar var.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


скачать dle 12.1

Şərhlər