SON DƏQİQƏ
» » Bu cəzaçəkmə müəssisəsində insident baş verib?- Rəsmi

Bu cəzaçəkmə müəssisəsində insident baş verib?- Rəsmi

Tarix:

7-06-2022, 12:54

/ 2 521 dəfə oxundu.
Bu cəzaçəkmə müəssisəsində insident baş verib?- Rəsmi

Bakıda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində heç bir insident baş verməyib.

Bunu Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib.

O bildirib ki, yayılan məlumatlar tam yalandır.

"Hansısa sayt yalan məlumat yayıb. Biz həmin sayt rəhbəri ilə laqə saxlamışıq. O deyir ki, guya hansısa məhkum ona belə bir məlumat verib. Amma bu tam yanlışdır. 11 saylı cəzaçəkmə müəssisəsində heç bir insident olmayıb", - M. Sadıqov deyib.

Qeyd edək ki, bu gün KİV-də Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində insident baş verməsi ilə bağlı iddialar yayılıb. İddialara görə, baş verən insident zamanı yaralananlar da olub.trend

скачать dle 12.1

Şərhlər