SON DƏQİQƏ

Yol polisi sürücülərə müraciət etdi

Tarix:

31-05-2022, 18:31

/ 2 329 dəfə oxundu.
Yol polisi sürücülərə müraciət etdi

"Formula Azerbaijan Grand Prix 2022” yarışına hazırlıq dövrü keçirilir. Bununla əlaqədar tədbir keçiriləcək marşrut üzrə yollarda hərəkət istiqamətində zolaqların azalması, baryerlərin qoyulması süni sıxlıqların yaranmasına səbəb olur. Hərəkət iştirakçılarımızı səbrli, təmkinli olmağa çağırırıq.

Bunu Bakı şəhər DYP-nin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli deyib.

O, bu tədbirin dövlət əhəmiyyətli olduğunun nəzərə alınmasını xahiş edib:

"Əlavə olaraq bildiririk ki, hazırda paytaxtın "Azneft" dairəsi, eləcə də Neftçilər prospekti boyunca qoyulan baryerlər bu istiqamətdə süni sıxlıq yaşatdığından cənubdan hərəkətdə olan nəqliyyatın istiqamətinin dəyişdirilməsinə səbəb olur. Ona görə də bu istiqamətə doğru hərəkət edən sürücülərdən xahiş edirik ki, Lökbatan dairəsindən 3-cü Kənar Dairəvi yolla hərəkət etsinlər”.

скачать dle 12.1

Şərhlər