
Bildiyimiz kimi hər il may ayının 18-də dünyanın 150 ölkəsində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir . Beynəlxalq Muzeylər Günü 1977-ci ildə Beynəlxalq Muzeylər Şurası tərəfindən təsis edilib.
Bəli,qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycanımızda da Beynəlxalq Muzeylər Günü geniş miqyasda qeyd edilir.
Azərbaycanın ictimai-siyasi,mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib.İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub.
Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərir. Sovet hakimiyyətinin ilk illərində H.Z.Tağııyev,M.Muxtarov,M.Nağıyev kimi Bakının neft milyonçularından müsadirə olunmuş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub.H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən "Daş abidə" kimi qiymətlidir.Məhz bu baxımdan da bu yerə bəzən "Muzey içində muzey" də deyilir.
Azərbaycanda milli-mənəvi dəyərlərimizə,o cümlədən muzey işinə daim dövlət qayğısı olub.Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Ulu öndərin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri daim qədirbilən Azərbaycan xalqı tərəfindən yüksək fəxr hissi ilə qiymətləndirilir.
Heydər Əliyev xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini də məhz bu baxımdan dərindən və həssaslıqla duymaqla hər zaman onun diqqət mərkəzində olurdu.Heydər Əliyevin təşəbbüsü sayəsində saysız-hesabsız muzeylər yaranıb və hal-hazırda fəaliyyət göstərməkdədir.Bu muzeylərdən Azərbaycan mədəniyyəti incilərindən M.S.Ordubadi, Bülbül, Ü.Hacıbəyov,C.Cabbarlı,Niyazi,S.Vurğun və başqa görkəmli şəxsiyyətlərin tarixi anlarını əks etdirən fotolar və eksponatlarla zəngin olan xatirə və ev muzeyləri fəaliyyət göstərir.
Bəli,bu gün bizim muzeylərimizin qorunub,saxlanılması-gələcək nəsillər üçün keçmişə baxışdır.Bilirik ki,Azərbaycanın Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində "Şirvanşahlar Sarayı","Qız qalası və Qobustan Milli Tarix-Qədim Qorqud","Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.Hal-hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir.
Bu gözəl gün-18 may Beynəlxalq Muzeylər Gününüz mübarək olsun əziz muzey işçiləri!
"Cabir Novruz" Mədəniyyət Fondunun əməkdaşı
































