SON DƏQİQƏ

"Misli" mərc oyunu BƏLASI

Tarix:

13-05-2022, 13:43

/ 2 995 dəfə oxundu.
"Misli" mərc oyunu BƏLASI

Redaksiyamıza daxil olan şikayət elə belə şikayət deyil, hamının gözünün qarşısında insanları soyan, aldadan dövlət tərəfindən qeydiyyatdan keçən "Azərloteraya"nın bir qolu olan "Misli" mərc oyunları kompaniyasındandır.
Belə ki, müraciətdə bildirilir: "12.05.22-ci il 21-56 da "Kapital Bank"ın kartı ilə "Misli.az"mərc oyunlarına 4 manat pul köçürtmüşəm mənim hesabıma oturmayıb bu məqsədlə "Misli.az"mərc oyunları ilə heç bir əlaqə yaradıb sözümüzü deyə bilmirik. Gərək işini-gücünü atıb onların iş yerinə təklif buyurub xeylək gözləyəndən sonra onların hüzuruna düşə biləsən ya düşə bilməyəsən. Saytlarında yaradılmış "onlayn dəstək"dən müraciət etmək üçün 6-10 saat gözləyirsən heç bir cavab yox, *2080 qısa nömrəsinə zəng vurursan 25-30 dəqiqə gözlədikdən sonra cavab verəcəklər ya yox bu da gümansızdır və ölkələr arası tariflə səndən pul çıxırlar, Elektron poçt: [email protected] ünvanlarına yazırsan cavab yox. Bəs bunlara nəzarət edən kimsə var ya yox?" 
Biz də bunları yoxlamaq üçün bütün bu sadalanan ünvanlara müraciət ünvanladıq heç birindən bir cavab almadıq, *2080 qısa nömrəsinə zəng vurduq təxmini 20-25 dəqiqədən sonra bir xanım telefonumuza cavab verdi və bildirdi ki, saytda problemlər olduğuna görə müraciətlər çoxdur, bu səbəbdən problemlər var. Bu 20-25 dəqiqə telefon danışığımız bizə 3,36 manata başa gəldi hələ mənəvi ziyanları hesablamırıq. 
Ümumiyyətlə dünyada "bukmeker" oyunları hər yerdə mövcuddur və bunlar normal fəaliyyət göstərir. Heç bir dövlətdə bu mərc oyunlarına qadağa yoxdur, bu yeganə bizim uğrunda ölməyə hazır olduğumuz Azərbaycanımızdadır. Bunu da kimlərsə özəlləşdirib inhisara alıblar. Ölkəmizdə fəaliyyət göstərən "E-Topaz" və "Misli.az" "bukmeker" saytları isə hər cəhdlə insanların cibinə girirlər. Buna məsəl "kofiçent"lərin az verilməsi, yazdığımız bu problemlərlə azarkeşlərin qol-qanadın sındıraraq həm maddi, həm də mənəvi ziyan vurmaqla. Amma insafən demək lazımdır ki, "E-Topaz" "kofiçent"ləri az versə də operativliyi yüksək səviyyədədir. Yəqin ki, aidiyyəti orqanlar bu ciddi nöqsanlara görə ölçü götürəcəklər, çünki bunlar hamısı dövlətçiliyimizin əleyhinə hesablanmış gedişlərdir. Xalq-Dövlət Birliyi möhkəm olmalıdır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ