SON DƏQİQƏ
» » Qızı xilas etməyə çalışan şəxs görün kim imiş

Qızı xilas etməyə çalışan şəxs görün kim imiş

Tarix:

4-05-2022, 18:11

/ 1 560 dəfə oxundu.
Qızı xilas etməyə çalışan şəxs görün kim imiş

Bakıda özünü binadan ataraq intihar edən məktəbli qızı xilas etməyə çalışan kişinin hansı xəsarətlər aldığı məlum olub. 37 yaşlı Zahid Niyazov xəstəxanaya daxil olarkən onda sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması aşkarlanıb.

Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra ailəsinin təkidi ilə o, özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilir.

Qızın həyatını xilas etmək istəyən Zahid Niyazov Dövlət Gömrük Komitəsinin əməkdaşı olub. O, Baş Gömrük Mühafizə Xidməti Əməliyyat şöbəsində mühafizəçi işləyir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ