
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məişət texnikası satışı ilə məşğul olan vergi ödəyiciləri ilə onlayn formatda görüş keçirib.
Görüşdə bu sahədə mövcud vəziyyət, qanunvericiliklə əlaqədar məsələlər, nağdsız alış-veriş zamanı vergi ödəyicilərininin və alıcıların qarşılaşdıqları məqamlar, ƏDV-nin geri qaytarılması ilə bağlı təkliflər səsləndirilib.
Məişət texnikası satışı üzrə vergi öhdəlikləri ətrafında müzakirələr aparılıb.
Görüşdə sahibkarların təklifləri qeydə alınıb, onların öyrənilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.