SON DƏQİQƏ

Balıq tutmaq istəyənlərin NƏZƏRİNƏ

Tarix:

28-04-2022, 11:52

/ 1 525 dəfə oxundu.
Balıq tutmaq istəyənlərin NƏZƏRİNƏ

Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə  bildirib ki, ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək.

Xidmət rəisi qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini qeyd edib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb.

скачать dle 12.1

Şərhlər