SON DƏQİQƏ

İmsakda süd iftarda ayran içsəniz...

Tarix:

28-04-2022, 08:28

/ 1 709 dəfə oxundu.
İmsakda süd iftarda ayran içsəniz...

Ramazanda oruc tutan insanları ən çox susuzluq narahat edir. Susuzluqla yanaşı tərləmə nəticəsində mineral itkisi yaşayırıq.

Mütəxəssislər iftar və imsakda süd və ayranın süfrələrimizdən əskik olmamasını tövsiyə edir.

Belə ki, süd insanı tox tutduğu üçün imsakda südə üstünlük verməyimiz məsləhətdir. Çünki süd protein tərkibi yüksək olan qidadır. Proteinlə zəngin olan qidalar mədənin boşalma müddətini uzatmaqla aclığı gecikdirir.

Ayran isə tərləmə nəticəsində yaranan duz və mineral itkisinin qarşısını alır. Beləliklə, orqanizmdə maye balansının saxlanmasına kömək edir.

Soyuq ayran həm təravətləndirir, həm də soyutma effekti verir. Bu səbəbdən iftar süfrələrinizdə ayrana xüsusi yer verin.

скачать dle 12.1

Şərhlər