SON DƏQİQƏ

Bayden tarixi və tarixi faktları təhrif edir

Tarix:

26-04-2022, 10:27

/ 2 251 dəfə oxundu.
Bayden tarixi və tarixi faktları təhrif edir

Siyasi liderlər siyasətlə, tarixçilər isə tarixlə məşğul olsalar, haqq ədalət öz yerini daha tez tapar. Uzun illərdir ki, ermənilər tarixdə heç zaman olmayan uydurma "erməni soyqırımı"nı dünya ictimaiyyətinə təqdim ediblər və bu gün ondan siyasi məqsədlər üçün istifadə edirlər”. Artıq uzun illərdir ki, dünyanın bəzi siyasi gücləri qondarma "soyqırımı” iddiası üzərindən Türkiyəyə və dolayısı ilə Azərbaycana təzyiq göstərməyə çalışırlar. Zaman-zaman bu qondarma iddianı dilə və gündəmə gətirərək tarixi təhrif etmək istəyənlər anlamaq istəmirlər ki, bu yolverilməzdir. ABŞ prezidenti Cozef Baydenin son bəyanatında yer alan ifadə də tarixin saxtalaşdırılmasıdır. Amerika prezidentinin 1915-ci ildə baş verən hadisələrin reallıqlarını, sübutları, həqiqəti bir kənara qoyub, "soyqırımı” ifadəsini işlətməsi tarixi və insanlığın yaddaşını saxtalaşdırmaq cəhdindən başqa bir şey deyil. Burada məqsəd müdafiə etməkdən çox Türkiyəyə təzyiq göstərmək niyyəti daşıyır. Halbuki Türkiyə dəfələrlə həmin dövrə aid sənədlərin, arxivlərin açılmasını təklif edib. Çünki tarix tamam fərqli faktları göz önündə canlandırır. Birinci dünya müharibəsi zamanı Osmanlı imperiyasında milyon yarım erməninin öldürülməsi iddiası gülüncdür. Çünki Türkiyənin həmin dövrdəki hərbi və mülki itkisinin ümumi sayı 804 min nəfər olub. Digər tərəfdən, nəinki Birinci Dünya Müharibəsi zamanı Osmanlıya xəyanəti ucbatından 6 əyalətdən köçürülən ermənilərin sayı, heç ümumi imperiya sərhədlərində yaşayan ermənilərin sayı bu rəqəmi özündə əks etdirmir. Sadcə olaraq ermənilər bir daha tarixi təhrif etməklə Türkiyəni "günahkar" elan etmək və təzminat almaq fikrindədirlər.

Baydenin bu tarixi səhvi isə ABŞ-ın dövlət maraqlarının tam ziddinədir. Bayden "soyqırımı” ifadəsini işlətməklə, ilk növbədə, Türkiyə ilə əməkdaşlıq, strateji müttəfiqlik şərtlərini pozur, NATO daxilindəki münasibətlərə xələl gətirir. Türkiyə cəmiyyəti və Azərbaycan xalqı isə haqlı olaraq bu bəyanata kəskin etiraz edir.

Bu cür qondarma ittihamları dilə gətirən siyasi dairələr nədənsə 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, yüz minlərlə azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salan, etnik təmizləməyə məruz qoyan, qətlə yetirən, işgəncə verən, tarixi abidələrimizi belə saxtalaşdırmağa cəhd göstərən Ermənistana qarşı fərqli standart nümayiş etdirib. Bu bir daha onu göstərir ki, irəli sürülən bu saxta iddia əsassızdır və siyasi təzyiq xarakteri daşıyır. 2020-ci ildə baş vermiş Vətən müharibəsi ermənilərin faşist xislətini bir daha bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. Azərbaycanın tarixi abidələrini saxtalaşdıraraq öz adlarına çıxmağa cəhd göstərən ermənilər artıq bunu özlərinə peşə seçiblər. Onlar məhz saxtakarlıqlar və yalanlar üzərindən özlərinə yeni tarix yaratmaq istəyirlər. Amma buna nail ola bilməyəcəklər.

Sonda qeyd edilməlidir ki, ötən il Azərbaycanda fəaliyyət göstərən 48 partiyanın Türkiyəyə qarşı edilən bu haqsızlığa qarşı etiraz səsini ucaldan birgə bəyanatı bir daha Azərbaycan cəmiyyətinin bu məsələdəki qətiyətli mövqeyini ortaya qomuş oldu.
 
Əsli Kazımova
Azərbaycan Sosial Rifah Parityasının sədri
скачать dle 12.1

Şərhlər