SON DƏQİQƏ
» » "Azad Azərbaycan" radiosunun yayımı dayandırılacaq?

"Azad Azərbaycan" radiosunun yayımı dayandırılacaq?

Tarix:

25-04-2022, 19:48

/ 2 378 dəfə oxundu.
"Azad Azərbaycan" radiosunun yayımı dayandırılacaq?

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Şuradan bildirilib ki, iclasda 15–22 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü radio yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.

20 aprel 2022-ci il tarixdə "Azad Azərbaycan" radiosunun efirində saat 19.00- 20.00 aralığında 13 dəqiqə 55 saniyə reklamın yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinin tələbinin pozulması faktı qeydə alınıb.

Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası "Azad Azərbaycan" radiosu proqramlarının yayımının 28 aprel 2022-ci il tarixdə saat 21.00-dan 24.00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.

скачать dle 12.1

Şərhlər