SON DƏQİQƏ

Qırx mərasimi ilə üst-üstə düşən AD GÜNÜ

Tarix:

23-04-2022, 08:45

/ 2 422 dəfə oxundu.
Qırx mərasimi ilə üst-üstə düşən AD GÜNÜ

Tanınmış Turançı Professor yaşasaydı 84 yaşı qeyd edilirdi.
Hərçənd ki, heç vaxt özünə ad günü keçirməyən Professor həmişə ad günündə də kiməsə yardımçı olurdu.
80 illiyi ərəfəsi onun təntənəli doğum günü keçirilməsi təklifinə, "toprpaqlarımız işğalda, tökülən qanlarımızın qisası, qız-gəlinlərimizin düşmən tərəfindən ləkələnən namusunun qisası alınmadığı, tez-tez şəhid verdiyimiz bir şəraitdə mənim təntənəli doğum günü keçiməyim mənə yaraşmaz” cavabı vermişdi. Mərhum professorun qırx mərasiminində ad günü ilə üst-üstə düşməsi heç də təsadüfi deyil, ömründə təntənəli ad günü keçirməyən Əjdər müəllimin doğulub, böyüyüdüyü döğma kəndində qırxmərasiminin verilməsi həm də onun xatirəsinin uca anılması kimi düşünmək olar.
Əjdər İsmayılov. Böyük vətənpərvər, cəfakeşalim, dönməz Turançı, müasir Azərbaycanın quruculuğunda müstəsna xidmətləri olan ziyalı, 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1963-1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində təhsil alıb.
1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru,  "Şərq Qapısı” qəzetinin əməkdaşı, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olub. 800-ə yaxın elmi əsər, məqalə və müsahibənin müəllifidir. Eyni zamanda məşhur "91-lər”dən, Yeni Azərbaycan Partiyasının ən fəal qurucularından və YAP ağsaqqalar şurasının üzvü olub.
Hörmətli ziyalı, böyük alim, Hüseyn Cavid irsinin görkəmli araşdırıcısı, erməni yalanlarını, saxtakarlıq üzərində qurulmuş qondarma erməni tarixşunaslığının iç üzünü ifşa edən, əsərləri ilə daima insanlarımıza milli kimliyi aşılayan, ömrünü türkçülüyə həsr edən Turan sevdalısı, "Turan Araşdırma Mərkəzi” IB-nin mərhum sədri professor Əjdər İsmayılovun həyatı haqqında bu sadəcə qısa bir məlumatdır.
 Bu gün bütün Vətənsevərlər Əjdər İsmayılovu Vahid Azərbaycan sevdalısı, Vətən, Dövlət aşiqi, ölkəsinin, vətəninin, xalqının haqq səsini ömrünün sonuna qədər dünyaya yaymaq savaşında olan görkəmli ictimai-siyasi xadim, cəsarətli, yorulmaz vətəndaş, fədakar ata və baba kimi yad edir, qəlbində yaşadır.
Heç təsadüfü deyil ki, əbədiyyətə qovuşmazdan əvvəl son sözlərindən biri belə nəvəsinin qolundan tutaraq "Dövləti qoruyun!” deməsi oldu.
Əjdər İsmayılovun vəfatı münasibətilə mərhumun ailəsinə, bütün xalqımıza, onu sevən hərkəsə, bütün türk dünyasına dərin hüznlə baş sağlığı veririk.
Allah rəhmət eləsin.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ