SON DƏQİQƏ

Qədr gecəsi nə vaxtdır?- QMİ açıqladı

Tarix:

21-04-2022, 08:12

/ 1 242 dəfə oxundu.
Qədr gecəsi nə vaxtdır?- QMİ açıqladı

Ramazan ayının Qədr (Əhya) gecələrinin vaxtı açıqlanıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimində yer alıb.

Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-a təsadüf edib.

Aprelin 21-i ikinci (Ramazan ayının 20-dən 21-nə keçən gecə), 23-ü üçüncü (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və 27-də isə sonuncu - dördüncü (Ramazan ayının 26-dan 27-nə keçən gecə) Qədr gecəsi olacaq.

Qeyd edək ki, Ramazan ayı Azərbaycanda aprelin 2-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ