SON DƏQİQƏ
» » Həm Rusiya, xüsusilə də Ermənistan, anlamalıdırlar ki, Cənubi Qafqazda yaranmış yeni reallıqlardan geriyə dönüş yoxdur!

Həm Rusiya, xüsusilə də Ermənistan, anlamalıdırlar ki, Cənubi Qafqazda yaranmış yeni reallıqlardan geriyə dönüş yoxdur!

Tarix:

16-04-2022, 14:52

/ 1 243 dəfə oxundu.
Həm Rusiya, xüsusilə də Ermənistan, anlamalıdırlar ki, Cənubi Qafqazda  yaranmış yeni reallıqlardan geriyə dönüş yoxdur!

Aprel ayının 6-da Brüssel şəhərində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi üçtərəfli görüşüşdə əldə edilmiş razılaşmalar erməni cəmiyyətində şok effekt yaradıb.

Rusiyanın dəstəkləməkdə davam etdiyi qaniçən, faşist təbiətli  müxalifətçi Köçəryanın, Sarkisyanın, Ohanyanın başçılıq etdiyi  Qarabağ klanı Breüsseldə əldə edilən razılaşmaları erməni toplumu üçün faciyə kimi qələmə verməyə çalışsa da, dəmir yumuruğun dadını görən Paşinyan və tərəfdarları Azərbaycanla sülh müqaviləsinin bağlanmasının vacibliyini başa düşüblər, regionumuzda yaranmış yeni reallıqla barışmaq məcburiyyətini dərk ediblər, "artsax”ın statusunun görbagor olduğunu gec də olsa ağıllanmağa başlayıblar. Ancaq Rusiyanın davranışları göstərir ki, ermənilərdən fərqli olaraq bu təcavüzkar, işğalçı  dövlət  Cənubi Qafqazda yaranmış yeni reallıqları sözdə qəbul edsə də, əslində qəbul etmək istəmir və bunu özünün regiondakı mövqelərinə ciddi zərbə hesab edir. Rusiya gözəl anlayır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Qarabağ seperatçılarının sonu olacaq, Rusiyanın "sülhməramlı” adı altında Qarabağda qalmasına heç bir ehtiyac qalmayacaq.

Ukrayna avanturasından sonra nüfuzunu, hərbi və siyasi gücünü xeyli itirmiş, dünyadan təcrid olunmaq qorxusu ilə üz-üzə qalan Rusiya, Cənubi Qafqazda mövqelərinin zəifləməsi, perspektivdə təmamilə aradan qalxacağı ilə barışmaq istəmir. Və gözəl anlayır ki, Cənubi Qafqazda özünün mövqelərinin qorunub saxlanması məhz erməni seperatizminin mövcudluğundan asılıdır. Ona görə də 10 noyabr üçtərfli razılaşmanın əksinə olaraq erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasına nəinki mane olur, əksinə onların toparlanması, yenidən silahlanması üçün əlidən gələni etməklə kifayətlənmir, eləcə də, "Dağlıq Qarabağ”, "Dağlıq Qarabağın silahlı birləşmələri” ifadələrinin işlədilməsindən çəkinmir, Qarabağda yaşayan bir ovuc erməni qaniçələrinin təhlükəsizliyindən dəm vurur, dolayısı ilə qondarma "artsağ”ın status məsələsinin gündəmdən çıxarılmasına imkan vermək istəmir.

Hər şeydən göründüyü kimi, Rusiya 6 aprel Brüssel görüşündə Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmalardan ciddi naraht olub  və bunu heç gizlətmir də.  Brüssel görüşünün nəticələrini özünün regiondakı maraqlarına ciddi zərbə hesab edən Rusiya  8 apreldə Ermənistanın xarici işlər naziri  Ararat Mirzoyanı təcili olaraq Moskvaya dəvət edib  "qulaqburması” verdi. Bununla kifayətlənməyərək  indi də baş nazir Paşinyanı aprelin  19-da Moskvaya çağırıb.  Kremlin, rəsmi bəyanatlarına zidd olaraq,  bu görüdə  Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin bağlanmasına töhvə vermək istədiyini gözləmək əbəsdir. Yəqin Moskva Paşinyanla görüşdə  gözlənilən sülh müqviləsinin bağlanmasının qarşısını almağın yollarını müzakirə etmək, bu istiqamətdə "qiymətli tövsiyələrini” vermək, əks halda Ter-Petrosyanın aqibəti ilə qarşılaşacağını Paşinyanın nəzərinə çatdırmaq istəyir.

Paşinyanın  Moskva səfərinə əliboş deyil, ABŞ başda olmaqla Qərbin hələ   o qədər də güclü olmayan dəstəyi ilə getdiyi nəzərə alınarsa, Moskva görüşünün rahat keçməyəcəyi qənaətinə gəlmək olar.  Əminliklə demək olar ki, Moskva görüşünün nəticələri Paşinyanın Rusiyanın deyil,  ermənilərin ümdə mənafelərini müdafiə etmək  qabiliyyətindən asılı olacaqdır.

Ancaq həm Rusiya, həm də Ermənistan nəhayət anlamalıdır ki, Prezident İlham Əliyevin dediyi kimi, heç bir qüvvə Azərbaycanı öz süveren hüquqlarından vaz keçməyə məcbur edə bilməz! Nəhayət həm Rusiya, xüsusilə də Ermənistan, anlamalıdırlar ki, Cənubi Qafqazda  yaranmış yeni reallıqlardan geriyə dönüş yoxdur!
 
Teyyub Qənioğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ