SON DƏQİQƏ

Şəhid Vüsalın xeyirxahlıq hekayəsi

Tarix:

11-04-2022, 12:58

/ 2 357 dəfə oxundu.
Şəhid Vüsalın xeyirxahlıq hekayəsi

Avropada təhsil alan tələbə yazır 

Avropada oxumağa getmək istəyirdim. Amma valideynlərim bu qərarımla razılaşmırdı. Buna səbəb həm də maddi imkanımızın zəif olması idi. Komandirim Vüsal ilə danışdım. Avropaya oxumağa getmək istədiyimi dedim. Valideynlərimlə danışıb razı saldı. Sənədləşmə işlərimi də Vüsal həll etdi. Mənə də Avropada ağıllı olmağı, yalnız dərslərimlə məşğul olmağı tapşırdı. Təhsil aldığım illərdə mənə həm də maddi olaraq çox qayğı göstərdi. Valideynlərimi o razı salmışdı deyə məsuliyyət daşıyır, davamlı olaraq mənimlə maraqlanır, dərslərimi yaxşı oxumağımı tapşırırdı. Hansısa kitabı tapa bilməyəndə axtarıb tapır, göndərirdi. Çətinliyim olan kimi valideynlərimdən qabaq Vüsala deyirdim. Dərhal problemimi həll edirdi.

Bir dəfə görüntülü danışanda gördü ki, "kartof qaynanmışı-əzməsi” yeyirəm. Dərhal gedib mənə pul göndərdi ki, sən orada pulsuz qalmısan, kartof qaynadıb yeyirsən, mənim boğazımdan burda yemək keçməz. Valideynlərim zəng edib məni tapa bilməyəndə Vüsala zəng edib soruşurdular. Bilirdilər ki, mənimlə tez-tez maraqlanır. Avropada təhsil aldığım illərdə mənə maddi və mənəvi çox dəstək oldu. Hər dəfə Bakıya gələndə məni qarşılayır, gedəndə cibxərcliyi verib yola salırdı. Mənə kömək etdiyi zamanlarda onun özünün də imkanı yaxşı deyildi, çox maaş almırdı. Amma buna baxmayaraq mənə maddi dəstəyini əsirgəmirdi. Avropada təhsil almağımda valideynlərimdən daha çox onun haqqı, əməyi var. Vüsalın şəhidliyi mənə çox təsir edib. Özümə gələ bilmirəm. Allah ona rəhmət eləsin. O qeyrətli, namuslu, mərd, vətənpərvər, xeyirxah idi. Mən onun kimi yaxşı, xeyirxah insan görməmişəm. Vüsal əvəzsiz insan idi. Allah onun etdiyi yaxşılıqlara görə onu şəhidliklə, cənnətlə mükafatlandırdı.
Allah Şəhid Mayor Vüsal Vəliyevə rəhmət eləsin...
 
Şəhid Vüsalın xeyirxahlıq hekayəsi
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ