SON DƏQİQƏ
» » Sabah Milli Məclis komitələrinin Şuşada iclası keçiriləcək

Sabah Milli Məclis komitələrinin Şuşada iclası keçiriləcək

Tarix:

7-04-2022, 19:21

/ 1 514 dəfə oxundu.
Sabah Milli Məclis komitələrinin Şuşada iclası keçiriləcək

Milli Məclisin deputatları Qarabağa səfər edəcək.

Sabah Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçiriləcək.
İclas Şuşa şəhəri Qarabağ hotelində baş tutuacaq.

İclasın gündəliyinə 2 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1."Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

2. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ