SON DƏQİQƏ
» » Əsgərin döyülməsi faktı ilə bağlı araşdırma başladı

Əsgərin döyülməsi faktı ilə bağlı araşdırma başladı

Tarix:

6-04-2022, 10:56

/ 1 710 dəfə oxundu.
Əsgərin döyülməsi faktı ilə bağlı araşdırma başladı

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı araşdırmalara başlanıb.

Bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat yayıb.

O bildirib ki, faktla bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır:

"Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - F.Əliyev bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ