SON DƏQİQƏ
» » Şuşada yaşayış binalarının tikintisinə başlanılır

Şuşada yaşayış binalarının tikintisinə başlanılır

Tarix:

5-04-2022, 11:16

/ 1 837 dəfə oxundu.
Şuşada yaşayış binalarının tikintisinə başlanılır

Şuşa şəhəri dövlət qoruğu idarəsi” publik hüquqi şəxs Şuşa şəhərində bina tikintisi ilə bağlı iki tender elan edib.

Birinci tender şəhərin Cənub yaşayış zonası blok-1, 4 ədəd yaşayış binasının tikintisi ilə əlaqədardır.

Açıq tenderin predmetinə görə, Şuşa şəhərində Cənub yaşayış zonası-11 Blok-01/Yaşayış evi-1/Blok-A (Yeraltı dayanacaq ilə birlikdə), Blok-01/Yaşayış evi-2/Blok-B, Blok-01/Yaşayış evi-3/Blok-C, Blok-01/Yaşayış evi-4/Blok-D yaşayış binalarının tikintisi nəzərdə tutulur. 

Digər tenderlə Şuşa şəhərində Cənub yaşayış zonası blok-2, 4 ədəd yaşayış binasının tikintisi nəzərdə tutulur.

"Şuşa şəhərində Cənub yaşayış zonası-11 Blok-02/Yaşayış evi-5/Blok-E (Yeraltı dayanacaq ilə birlikdə), Blok-02/Yaşayışevi-6/Blok-F, Blok-02/Yaşayış evi-8/Blok-H (Yeraltı avtomobil dayanacağı ilə), Blok-02/Yaşayış evi-9/Blok-İ 3-5 mərtəbəli yaşayış binalarının tikintisi”.

İddiaçılar tender təklifi və təklifin təminatı istisna olmaqla bütün digər sənədləri 26 aprel  2022-ci il saat 15:00-a qədər Tender komissiyasına təqdim etməlidirlər. 

скачать dle 12.1

Şərhlər