SON DƏQİQƏ

Saf-sadə, duzlu-məzəli Aqil ABBAS

Tarix:

4-04-2022, 19:59

/ 2 023 dəfə oxundu.
Saf-sadə, duzlu-məzəli Aqil ABBAS

Aqil Abbası təqdim etmək üçün əlavə izaha ehtiyac yoxdur. Aqil Abbas elə Aqil Abbasdır. Uşaq kimi saf, sadə, heç vaxt dəyişməyən, nikbin, ətrafındakılara xoş duyğular aşılayan. Duzlu-məzəli söhbətləri ilə hamını xoş ovqata kökləyən. Həyat dolu baxışları ilə düşüncələr aləminə qərq edən...
Mən qəti əminəm ki, Aqil Abbas ömründə heç kəsə paxıllıq eləməyib. Mən eyni zamanda hamının uğuruna onun kimi sevinən çox az adam tanıyıram. Aqil Abbasın böyüklüyü həm də bundadır. Təbii ki, yazıçı, jurnalist kimi böyüklüyünü xarakterizə edən çox məqamlardan söz açmaq mümkündür. Hələ qayğıkeşliyini, səxavətliliyini, mərdliyini demirəm. Bunları söyləməyi yubileylərinə saxlayım və arzu edim ki, o yubileylərdə birlikdə iştirak edəcəyik.
Aqil Abbas 68-ci doğum gününü qeyd edir. İnanıram ki, bu doğum günü onun üçün ikiqat sevinclidir. İllərdir sinəsində daşıdığı, yaradıcılığında alovlandırdığı Ağdam, Qarabağ niskili sona çatıb. Bu son yeni başlanğıcdır.
Təsəvvür edin, həyat sanki sıfırlanır. Aqil Abbas yenidən doğulur və əminəm ki, o, özünün böyük ruhu ilə Qarabağ başlanğıcına layiqli töhfəsini verəcəkdir!
Təbrik edirəm!
Əflatun Amaşov
скачать dle 12.1

Şərhlər