SON DƏQİQƏ
» » Novruz bayramından sonra necə qidalanmalıyıq?- DİETOLOQ AÇIQLADI

Novruz bayramından sonra necə qidalanmalıyıq?- DİETOLOQ AÇIQLADI

Tarix:

15-03-2022, 18:16

/ 3 834 dəfə oxundu.
Novruz bayramından sonra necə qidalanmalıyıq?- DİETOLOQ AÇIQLADI

Novruz hər birimizin ən sevimli bayramlarından biridir. Hər birimizin bayram süfrəsini növbənöv şirniyyatlar, milli yeməklərimiz bəzəyir. Lakin əksər insanlar bayramdan sonra çəki aldığını düşünür və müxtəlif metodlarla pəhriz saxlayır. İlk müraciət edilən isə intenetdə tapılan müxtəlif pəhriz reseptləri olur.

Maraqlıdır, belə pəhrizlərin insan orqanizminə fəsadları varmı? Bayram ərəfəsində qida rasionumuzda nələrə diqqət etməliyik?

Mövzu ilə bağlı dietoloq Ofelya Tahirova bildirib ki, pəhriz üçün qidalar fərdi şəkildə seçilməlidir:

"Sağlam qidalanma dedikdə orqanizmə lazım olan karbohidrat, yağ, zülal, mineral və vitaminlərin qəbulu nəzərdə tutulur. Buna ət və ət məhsulları, süd məmulatları, meyvə-tərəvəz daxildir. Onların tərkibində kifayət qədər mineral və vitaminlər var. Yəni sadaladıqlarım bütövlükdə sağlam qida rasionunu təşkil edir. Sağlam qidalanmaq istəyən şəxslər qida rasionunda bu məhsullardan istifadə etməlidir. Bayramdan sonra kortəbii surətdə pəhriz saxlamaq olmaz. Belə pəhrizlər orqanizmə müxtəlif problemlər yaradır. Xüsusilə, xroniki xəstəlikləri olan şəxslər necə gəldi pəhriz saxlaya bilməz. Şəkər, təzyiq, böyrək, öd xəstəliyindən əziyyət çəkən insanlar üçün qeyri-sağlam qidalanma təhlükəli fəsadlar törədə bilər. Ona görə də, pəhriz üçün qidalar fərdi şəkildə seçilməlidir”.

Dietoloq qeyd edib ki, bayramdan sonrakı iki-üç gün ərzində qida rejimində müəyyən dəyişiklik sağlamlığımıza ciddi fəsad törətmir:

"Hər birimizin evində bayram süfrəsində milli yeməklərimiz olur və həmin təamlardan dadmaq ciddi problem yaratmır. Çünki bu, uzun müddətli proses deyil. İki gün sonra yenidən sağlam qidaya qayıda bilərik. Xüsusi qaydalara əməl etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, un məmulatlarından az istifadə etmək məqsədəuyğundur. Həmçinin, gündəlik yeyilən qidanın həcmi bir qədər azaldıla bilər. Aktiv həyat tərzi də vacib rol oynayır. Lakin yaşlı insanlar və qeyd etdiyim xəstəliklərdən əziyyət çəkən şəxslər bayram günlərində də öz qida rejiminə diqqət etməlidir. Həmin insanlar bayram şirniyyatlarını günün birinci yarısında qəbul etsələr, daha yaxşı olar. Axşam saatlarında ağır yeməklər, şirniyyatların qəbulu məsləhət deyil. Qazlı və şirəli içkilərlə birlikdə qida qəbulu da yanlışdır. Belə qidalanma növbəti günlərdə köp və qəbzliyə, mədə ağrılarına səbəb ola bilər”. Konkret.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ