SON DƏQİQƏ

Bakıda itkin düşmüş kursantdan xəbər var

Tarix:

17-02-2022, 08:00

/ 1 287 dəfə oxundu.
Bakıda itkin düşmüş kursantdan xəbər var

Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı, fevralın 13-də itkin düşmüş Vüsal Elşən oğlu Hüseynli tapılıb. Vüsal Hüseynli hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Xatırladaq ki, V.Hüseynli 3 gün əvvəl akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya gəlmişdi. Həmin gündən ondan xəbər yox idi. Onun tapılması məqsədilə Müdafiə Nazirliyinin hərbi polis idarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə axtarış tədbirləri həyata keçirirdi.

скачать dle 12.1

Şərhlər