SON DƏQİQƏ

Bu gündən yeni qadağalar qüvvəyə minir

Tarix:

15-02-2022, 08:00

/ 2 114 dəfə oxundu.
Bu gündən yeni qadağalar qüvvəyə minir

Bu gündən ölkədə fəaliyyət göstərən restoran, mehmanxana və ticarət mərkəzlərində qapalı məkanda peyvənd sertifikatına dair yeni tələblər qüvvəyə minib.

Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişikliklə yaşı 18-dən yuxarı olan həmin vətəndaşların yuxarıda adıçəkilən məkanlara girişinə məhdudiyyət qoyulacaq.

Vətəndaşlar qeyd edilən məkanlara yalnız qüvvədə olan COVİD-19 vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaq.

 

Bundan başqa, bu gündən dövlət qurumlarında, həmçinin digər iş və xidmət sahələrində çalışan işçilərin vaksin pasportunun, immunitet və ya əks-göstəriş sertifikatının olması tələb ediləcək.

Xatırladaq ki, fevralın 15-dən COVİD-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin "Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ