
Polkovnik-leytenantı Teymur Quliyev Naxçıvan MR Babək Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.
Bu barədə Naxçıvan MR daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı fərmanla polis polkovniki Rəşad İsmayılov Naxçıvan MR Daxili İşlər naziri təyin edilib.