
Bakıxanov qəsəbəsində su məsələsi problemə çevirilib. Belə ki, istismar müddəti çoxdan bitmiş borular olan ərazilərdə su qeybə çəkilib. Bakıxanov qəsəbəsindən bir qrup sakin Redaksiyamıza məktub ünvanlayaraq kömək istəyirlər.
Onların müraciətini olduğu kimi Azərsu ASC-nin rəhbərliyinə ünvanlayırıq:
Yazıb,bildirmək istəyirİK ki, yaşadığımız ünvanla bərabər 50 mənzil 1959-cu ildə AzNeft tərəfindən neftçilərə verilmiş evlərdir. Bu evlərin su borularının istismar müddəti çoxdan başa çatsa da, bu günə kimi dəyişilməyib. Demək olar ki, hər ay bir mənzildə su xətti partlayır və uzun müddət suyun verilməsi məhdudlaşır. Texniki işçilər gəlib deşilmiş yerə taxtadan tıxac vurub gedirlər.
Artıq bir aydır ki, Ramiz Qənbərov küçəsi ev 43, mənzil 2 ünvanında su borusu partladıgına görə Bakıxanov qəsəbəsi, Nazim İsmayılov(Neft) ünvanında yerləşən nasos stansiyasından mənzillərə su vurulmur.
Xahiş edirik ki, 63 ilin köhnə xəttini ləgv edib, yeni su boruları çəkilməsi üçün vəsait ayırasınız və tezliklə məsələ həll olunsun. İllərlə ödədiyimiz su pulları ilə bu boruları təmir etmək olmazmı?
Sabunçu rayon Su İdarəsində 425-02-19 nömrəsindən cavab verən işçi rusca cavab verir və deyir ki, mən azərbaycanca bilmirəm, mənimlə rusca danışın. Görəsən o adamı kim işə götürüb? Məgər Dövlət dilimiz Azərbaycan dili deyil?
Salmanova Firəngiz Əkbər qızı
Hadıyeva İradə Kifayəddin qızı
Sadıqova Çərkəzxanım Həsən qızı
Məmmədova Sevil Mədaim qız




























