SON DƏQİQƏ

Ceyhun Bayramov iclas keçirdi

Tarix:

11-02-2022, 17:34

/ 2 258 dəfə oxundu.
Ceyhun Bayramov iclas keçirdi

Fevralın 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə Xarici İşlər Nazirliyinin Kollegiya iclası keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclasda xarici işlər nazirinin müavinləri, ADA Universitetinin rektoru, XİN-in Hüquqi Təminat İdarəsinin rəisi və Naxçıvan İdarəsinin rəisi iştirak ediblər.

 

İclasda Azərbaycan Respublikasının xarici siyasətinin hazırkı durumu və inkişaf istiqamətləri, xarici dövlətlərlə ikitərəfli münasibətlər, o cümlədən cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı tədbirlərin təşkili, beynəlxalq təşkilatlar ilə əlaqələr müzakirə edilib.

Azərbaycanın Qoşulmama Hərəkatında, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi, eləcə də kadr məsələləri və digər mövzular da müzakirə mövzusu olub.

скачать dle 12.1

Şərhlər