SON DƏQİQƏ
» » SON DƏQİQƏ: Kəlbəcər istiqamətində ordumuz atəşə tutuldu

SON DƏQİQƏ: Kəlbəcər istiqamətində ordumuz atəşə tutuldu

Tarix:

10-02-2022, 09:10

/ 1 268 dəfə oxundu.
SON DƏQİQƏ: Kəlbəcər istiqamətində ordumuz atəşə tutuldu

Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda qeyd edilib.

скачать dle 12.1

Şərhlər