SON DƏQİQƏ
» » Hesab edirik ki, belə məntiqsizliyə son qoyulmalıdır

Hesab edirik ki, belə məntiqsizliyə son qoyulmalıdır

Tarix:

4-02-2022, 16:01

/ 2 610 dəfə oxundu.
Hesab edirik ki, belə məntiqsizliyə son qoyulmalıdır

Teyyub Qənioğlu
Vəfat edən şəxsin pensiya kapitalında topladığı vəsaitin tam olaraq onun yaxınlarına (arvadına (ərinə), evladlarına, vaideynlərinə) ödənilməsi qaydaları qanunla müəyyən edilməlidir.
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) çoxsaylı müraciətləri nəzərə alaraq nəhayət ki, vəfat edən şəxslərin pensiya kapitalında topladığı vəsaitin taleyinə aydınlıq gətirib: Nazirlikdən qeyd ediblər ki: "sığortaolunan pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda onun ödəmiş olduğu sosial sığorta haqları hesabına fərdi hesabında toplanan pensiya kapitalı əsasında ona təyin olunacaq aylıq pensiyanın məbləği müəyyən edilir. Sığortaolunan vəfat etdiyi halda isə onun ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində ailə üzvlərinə (?) pensiya təyin edilərək ödənilir: "18 yaşınadək övladları əyani oxuyarlarsa 23 yaşınadək (?) bu pensiyanı alırlar. 18 yaşı olmazdan əvvəl sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladlarının əlilliyi 18 yaşdan sonra da davam edərsə, onlar da bu pensiyanı almaqda davam edirlər.Bundan əlavə, sığortaolunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının əsasında onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı (əri), anası, atası, həmçinin I və ya Il dərəcə əlil olmuş arvadı (əri), anası, atası da istifadə etməklə əmək pensiyası ala bilirlər. Yəni, şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir. Pensiyalarda edilən artımlar, həmçinin hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur”.
Çox yaxşı. Bəs sığortaolunan vəfat etdiyi halda onun 18 yaşınadək əyani oxuyan, əlilliyi olan evladı, pensiya yaşına çatmış arvadı (əri), anası, atası yoxdursa onun şəxsi pensiya kapitalında topladığı vəsaitin taleyi necə olacaq? Axı bu vəsait vəfat edənin halal yolla topladığı və yalnız ona məxsus olan vəsaitdir! Belə çıxır ki, bu vəsatdən vəfat edənin 18 yaşadək əyani oxumayan və ya ümumiyyətlə evladları, pensiya yaşına çatmamış arvadı (əri), atası, anası istifadə edə bilməz? Bu hansı məntiqə sığır cənablar? Hesab edirik ki, belə məntiqsizliyə son qoyulmalıdır. Bunun bir neçə yolu ola bilər. Məsələn, birinci, sığorta olunan hələ həyatda ikən vəfat etdikdən sonra onun pensiya kapitalında topladığı vəsaitin kimə verilməsi haqında vəsiyyətnamə yaza bilər. Bu, onun qanuni hüqüqi kimi tanınmalıdır! İkinci, belə bir vəsiətnamə yoxdursa həmin vəsait yaşından asılı olmayaraq arvadına (ərinə) verilməlidir. Üçüncü, arvadı (əri) yoxdursa evladlarına, evladları yoxdursa anasına, anası yoxdursa atasına verilməlidir. Təbii, bir neçə evladı varsa qeyd edilən vəsaitin onlardan kimə verilməsi və ya onlar arasında necə bölünəcəyi sualı meydana çıxa bilər. Bu da fikrimizcə çətin məsələ deyil. Bu halda vərəsəlik haqqında mövcud qanunvericiliyin müddəalarından istifadə edilə bilər. Hesab edirik ki, istənilən halda vəfat edən şəxsin pensiya kapitalında topladığı vəsaitin tam olaraq onun yaxınlarına (arvadına (ərinə), evladlarına, vaideynlərinə) ödənilməsi qaydaları qanunla müəyyən edilməlidir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ