SON DƏQİQƏ

Zakir Həsənov Akarla görüşdü

Tarix:

1-02-2022, 15:16

/ 1 452 dəfə oxundu.
Zakir Həsənov Akarla görüşdü

Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyədə səfərdədir.

Azərbaycan hərbi nümayəndə heyəti bu gün səhər saatlarında Anıtqəbir memorialını ziyarət edib, Mustafa Kamal Atatürkün mavzoleyinə əklil dəstəsi qoyub.

Daha sonra Z.Həsənov xatirə kitabına ürək sözlərini yazıb:

 

"Atatürkün xatirəsini hər zaman qəlbimizdə yad edirik. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı!”.

Bundan sonra Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında görüş başlayıb. Görüşdə iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlıqla yanaşı, regional məsələlər də müzakirə ediləcək.

Səfər fevralın 2-dək davam edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ