
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.
Bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, müdafiə nazirinin İrana iki günlük səfəri çərçivəsində o, yüksəkrütbəli hərbi və siyasi rəsmiləri ilə görüşəcək. Bu səfərin əsas məqsədləri birgə hərbi təhlükəsizlik və müdafiə əməkdaşlığının inkişaf etdirilməsi və dərinləşdirilməsidir.