SON DƏQİQƏ

Bu yollarda sürət həddi endirildi

Tarix:

20-01-2022, 12:24

/ 1 457 dəfə oxundu.
Bu yollarda sürət həddi endirildi

Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

"Bu gün üçün proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına ehtiyyatlı olmalarını tövsiyə edirik.

 

Hərəkətin təhlükəsizliyi üçün sürücülər sürət həddinə əməl etməli və meterioloji amilləri nəzərə almalıdırlar. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etsinlər.

Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir", - qurum bəyan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ