Müğənni Aysel Əlizadə ailə üzvlərinin Omikron ştammına yoluxduğunu açıqlayıb. Müğənnin bu açıqlamasından sonra Azərbaycanda yeni ştammın olub-olmaması narahatlıq yaradıb.
Bu barədə açıqlama verən TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində əhali arasında şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.
"Aparılan müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb”, - E.Baxış deyib.