SON DƏQİQƏ

Novruz bayramında əfv olacaq?

Tarix:

6-01-2022, 17:31

/ 2 974 dəfə oxundu.
Novruz bayramında əfv olacaq?

Hazırda İşçi qrup olaraq biz işləyirik. Hazırda əfv məsələləri ilə bağlı çalışırıq. Yəqin ki, Novruz bayramında əfv sərəncamı imzalanacaq. Biz də düşünürük ki, 100 faiz əfv sərəncamı olacaq. Bizə belə deyiblər. Hələ ki, gözləyirik. Görək nə olacaq”.

Bunu İşçi qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisi bildirib ki, Novruz bayramında imzalanması gözlənilən əfv sərəncamı ilə nə qədər məhbusun azadlığa çıxacağını indidən söyləmək çətindir: "Amnistiyanı gözləyirik. Çünki amnistiya nəticəsində nə qədər adamın azadlığa çıxacağı hələ ki, bəlli deyil. Amnistiyaya da çox adam düşəcək. Amnistiya bitəndən sonra bizim siyahı üzrə nə qədər məhbusun qalıb-qalmadığını müəyyənləşdirmək mümkün olacaq”. 

скачать dle 12.1

Şərhlər