SON DƏQİQƏ
» » Prezidentin yeni vəzifə verdiyi şəxs kimdir?- DOSYE

Prezidentin yeni vəzifə verdiyi şəxs kimdir?- DOSYE

Tarix:

23-12-2021, 19:53

/ 2 453 dəfə oxundu.
Prezidentin yeni vəzifə verdiyi şəxs kimdir?- DOSYE

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Məmməd Aslan oğlu Abbasbəyli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilib.
 
 Məmməd Abbasbəyli sabiq deputat - I çağırış Milli Məclisinüzvü olmuş Aslan Abbasovun oğludur.

Məmməd Abbasbəyli bu təyinara kimi Azərbaycan Alpinizm Federasiyasının prezidenti vəzifəsini tutub. O, "Xəzər" Universitetini, ABŞ-ın Purdue və George Washington Universitetlərinin məzunudur. Eyni zamanda New York Vəkillər Kollegiyasının üzvüdür.

Məmməd Abbasbəylinin digər qardaşı Mustafa Abbasbəyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədridir.

Onların atası Aslan Abbasov Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisin I çağırış deputatı olub. Bundan başqa o, 1988–1992 illərdə Gəncə şəhər Kəpəz rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Aslan Abbasov son olaraq Azərbaycan Texnologiya Universitetinin prorektoru idi.

Sabir deputat bu il uyunun 11-də 71 yaşında vəfat edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ