SON DƏQİQƏ
» » Cəlilabad sakinlərində odlu silahlar aşkarlandı

Cəlilabad sakinlərində odlu silahlar aşkarlandı

Tarix:

17-12-2021, 23:08

/ 1 723 dəfə oxundu.
Cəlilabad sakinlərində odlu silahlar aşkarlandı

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun Günəşli kənd sakinləri S.Hüseynov və S.Məmmədovdan qanunsuz olaraq saxladıqları "İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

 

Həmin silahlar aidiyyəti üzrə təhvil verilib.


скачать dle 12.1

Şərhlər