SON DƏQİQƏ

Əli Əsədov qərar imzaladı

Tarix:

17-12-2021, 19:33

/ 3 700 dəfə oxundu.
Əli Əsədov qərar imzaladı

Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın "Azərbaycan Milli Elmlər Akademiyası üzrə” bölməsində dəyişikliklər edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, "Biologiya və Tibb elmləri bölməsi”nin 7-ci hissəsinin 4-cü sütununa "elmlər doktoru üzrə” sözləri əlavə edilib.

"İctimai elmlər bölməsi” üzrə 2.1. 2-ci hissədə "Arxeologiya və Etnoqrafiya İnstitutu” sözləri "Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu” sözləri ilə əvəz edilib.

 

2.2. 3-cü hissədə "Fəlsəfə İnstitutu” sözləri "Fəlsəfə və Sosiologiya İnstitutu” sözləri ilə əvəz edilib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ